AZ

İtaliya 2026-cı ildə yeni nəsil təyyarədaşıyan gəminin yaradılmasına başlayacaq

2026-cı ildə İtaliya Hərbi Dəniz Qüvvələrinin ilk nüvə enerjili gəmisi ola biləcək yeni nəsil təyyarə gəmisinin texniki-iqtisadi əsaslandırılmasına başlanacaq.

Herbiand.az bildirir ki, yeni platformada EMALS tipli elektromaqnit katapultları və qabaqcıl kiber-mühafizəli idarəetmə sistemləri də ola bilər.

İtaliya Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, admiral Enriko Kredendino nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəminin dizaynının Hərbi Dəniz Qüvvələrinin 2040-cı ilə qədər olan strateji planının bir hissəsi kimi nəzərdən keçirildiyini təsdiqləyib: “İtaliya Hərbi Dəniz Qüvvələrinin bütün yeni gəmiləri pilotsuz sistemlərin inteqrasiyası və kibermüdafiə imkanlarının təkmilləşdirilməsi ilə dizayn ediləcək”.

Gəmi üçün qırıcı təyyarələr hələ seçilməyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
53
herbiand.az

1Mənbələr