Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Hindistan Rusiyadan neft alışını məhdudlaşdıracaq.
Oxu.Az-ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp Hindistanın Baş naziri Narendra Modi ilə bununla bağlı danışdığını deyib. Söhbətin əsas mövzusu isə ticarət olub, prezidentlər, həmçinin enerji məsələsinə də toxunublar.
"Modi Rusiyadan çoxlu neft almaq niyyətində deyil", - deyə Tramp vurğulayıb.
Agentliyin qeyd etdiyi kimi, Hindistan və Çin dəniz yolu ilə daşınan Rusiya neftinin iki ən böyük alıcıları olaraq qalırlar.
Həmçinin oktyabrın 20-də Tramp bəyan etmişdi ki, Nyu-Delhi Rusiya neftini almağı dayandırmasa, "külli miqdarda rüsumlar" ödəməyə davam edəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.