ain.az, Sherg.az portalına istinadən məlumat yayır.
Yekun qərarı İlham Əliyevlə Nikol Paşinyan verir
Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, aparılan müzakirələrdə spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.
Spikerlər konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.
Ermənistan parlamentinin Cenevrədə iki ölkənin parlament rəhbərləri arasında keçirilən görüşün yekunlarına dair bəyanatında isə bildirilib ki, Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova və Alen Simonyan konstruktiv dialoqu davam etdirməyə hazırdır: “Simonyan və Qafarova qanunvericilik səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildirib. Müzakirə zamanı spikerlər Vaşinqton sammitində əldə olunan razılaşmaları, eləcə də münasibətlərin normallaşması istiqamətində atılan addımları alqışlayıb”.
Spikerlərin Cenevrə görüşünü dəyərləndirən siyasi ekspertlərin fikrincə, Azərbaycan və Ermənistanın parlament sədrlərinin görüşü son aylarda iki ölkə arasındakı danışıqlarda artan müsbət dinamikanın tərkib hissəsidir.
Qeyd edilib ki, mütəmadi olaraq iki ölkənin lideri, xarici işlər nazirləri, baş nazirlərin müavinləri görüşüb, müxtəlif mövzuları müzakirə edirlərsə, parlament sədrlərinin də sülh danışıqlarına qoşulması əhəmiyyətlidir. Çünki sülh və ya çərçivə sazişi imzalanacaqsa, həmin sənəd parlamentlərdə müzakirə olunub ratifikasiya ediləcək.
Politoloq Sona Əliyeva Sherg.az-a açıqlamasında Cenevrədə Azərbaycan və Ermənistan parlament rəhbərlərinin görüşünün iki dövlət arasında dialoqun inkişaf etdirilməsi baxımından önəmli olduğunu bildirib: