AZ

Gürcüstanda Beşinci İpək Yolu Beynəlxalq Forumu keçirilir

Bakı. Trend:

Gürcüstanda V İpək Yolu Beynəlxalq Forumu işə başlayıb.

Trend xəbər verir ki, iki gündavam edəcək forumun əsas məqsədi İpək Yolu təşəbbüsününtəmsilçiləri, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələriüçün əməkdaşlığın, beynəlxalq və regional ticarət əlaqələrinindərinləşdirilməsi perspektivlərinin müzakirəsi məqsədilə platformayaratmaqdır.

Forumda Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyinümayəndə heyəti iştirak edir və Baş nazir forumun əsasspikerlərindən biridir.

Tədbir Avropa və Asiya ölkələri arasında ticari-iqtisadi, siyasivə mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından ən yaxşıimkanlardan biri hesab edilir.

Forumda ticarətin asanlaşdırılması, elektron kommersiyanıninkişafı, rəqəmsal rabitə, nəqliyyat infrastrukturu və enerjisektorunun inkişafı və modernləşdirilməsi və s. aktual məsələlərmüzakirə olunacaq. Rəsmi açılışdan sonra forum işini paneliclaslarda davam etdirəcək.

Azərbaycan nümayəndə heyətinin üzvləri panel iclaslarda çıxışedəcəklər.

Forumda 60-dan çox ölkədən 2000-dən çox nümayəndə iştirak edir.Forum başlamamışdan əvvəl bir sıra irimiqyaslı layihələrdən, ocümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft,Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri. TANAP, Qara dəniz sualtı kabelvə digər layihələr barədə sənədli film nümayiş etdirilib.

Forum oktyabrın 23-də başa çatacaq.

Xəbər yenilənəcək

Məqalədə:
Seçilən
86
2
az.trend.az

3Mənbələr