BAKI, TurkicWorld, Nailə Babazadə
Dünən Türkiyə üzrə 81 vilayətdə eyni vaxtda miqrant qaçaqçılığı təşkilatçıları və qeyri-qanuni miqrantlara qarşı genişmiqyaslı əməliyyatlar keçirilib.
TurkicWorld xəbər verir ki, Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, həyata keçirilən yoxlamalar zamanı 132-si xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə 169 qaçaqçılıq təşkilatçısı saxlanılıb. Eyni zamanda, 430 min 454 nəfərin şəxsiyyət yoxlanışı aparılmış və 783 qeyri-qanuni miqrant aşkar edilərək saxlanılıb.
Əməliyyatlar Mİqrasiya İdarəsinin sədri,Türkiyə Daxili İşlər Nazirliyinin Miqrant Qaçaqçılığı ilə Mübarizə və Sərhəd Nəzarəti Bölməsinin rəhbəri, Jandarma Ümumi Komandanlığı və Sahil Mühafizə Komandanlığının koordinasiyası ilə həyata keçirilib. Polislər, jandarmalar və sahil mühafizə qüvvələri 27 min 347 nəfərlik heyət, 8 min 690 briqada ilə 5 min 761 müxtəlif nöqtədə əməliyyat aparıblar. Bu ərazilərdə 6 min 897 ictimai məkan, 3 min 892 tərk edilmiş bina və 457 terminal yoxlanılıb.
Aşkar edilən qeyri-qanuni miqrantların öz ölkələrinə geri göndərilməsi üçün prosedurlar başlatılıb.