AZ

MSK-nın kotirovka sorğusu ləğv olundu

Mərkəzi Seçki Komissiyası (MSK) yanğın signalizasiya və yanğınsöndürmə sisteminin texniki servisi ilə əlaqədar elan etdiyi kotirovka sorğusu ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi verib.

 

Səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

 

Kotirovka sorğusunun dəyəri 25 465 AZN olub.

 

Cabir Həsənov

Tarix: 22 Oktyabr 2025, 10:52   
Seçilən
46
pravda.az

1Mənbələr