AZ

Luvrdan oğurlanan zinət əşyalarını almaq istəyir

“Telegram” messencerinin təsisçisi Pavel Durov Parisdə Luvr muzeyindən oğurlanan zinət əşyalarını almağa hazır olduğunu bildirib.

News365.az xəbər verir ki, rusiyalı milyarder bu barədə “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, həmin zərgərlik nümunələrini alıb Əbu-Dabidəki Luvr muzeyinə verməyə hazırdır: “Oğurlanan zinət əşyalarını məmnunluqla alaram və Luvra qaytararam. Burada Əbu-Dabidəki Luvru nəzərdə tuturam. Onları Əbu-Dabidəki muzeydən heç kəs oğurlamaz”.

P.Durov həmçinin sözügedən qarət hadisəsindən təəccüblənmədiyini qeyd edib və bunun Fransanın tənəzzülünün əlaməti olduğunu deyib.

Xatırladaq ki, oktyabrın 19-da Parisdə naməlum şəxslər Luvr muzeyinə daxil olaraq imperator Napoleonun kolleksiyasından 9 əşya oğurlayıblar.

Seçilən
17
1
news365.az

2Mənbələr