AZ

Joze Mourinyo: Komanda fiziki və psixoloji cəhətdən dağıldı

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Benfika"nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının Liqa mərhələsinin III turunda "Nyukasl"a məğlubiyyətini (0:3) şərh edib. Sport24.az "Record"a istinadən xəbər verir ki, portuliyalı mütəxəssis komandasının "sındığını" bildirib:

"İlk hissədə qol çatışmadı. Oyun bərabər keçdi, amma bizim şanslarımız daha çox oldu. Bu qədər şans əldə etmək və qol vurmamaq... Fasilədən sonrakı nəticə ədalətsiz oldu.

İkinci hissə də eyni cür başlasa da, rəqibin ikinci qolu oyunun gedişatını tamamilə dəyişdi. Komanda psixiloji cəhətdən zəiflədi, fərq göz qabağındadır. Komanda fiziki və psixoloji cəhətdən dağıldı. İlk hissədə buraxmadığımız qolları son 15-20 dəqiqədə buraxdıq".

Qeyd edək ki, III turdan sonra "Benfika"nın aktivində xal yoxdur. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
sport24.az

1Mənbələr