ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun futbolçusu Rahil Məmmədov ciddi zədə səbəbindən əməliyyat olunacaq.
Bu barədə İdman.Biz-ə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda AFFA-nın və futbolçunun ortaq qərarı ilə əməliyyat planlaşdırılır. Rahil Məmmədov ən azı üç ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, o, Ukrayna millisinə qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunundan əvvəl, məşq zamanı zədələnib. Polşanın Krakov şəhərində keçirilmiş Ukrayna - Azərbaycan oyunu rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Yusif Sadıqlı
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.