Avstraliyanın Baş naziri Entoni Albanese-yə məxsus təyyarə ekipaj üzvlərindən birinin xəsarət alması səbəbindən ABŞ ərazisində təcili eniş edib.
Editor.az xəbər verir ki, məlumatı SBS yayıb. Hadisə zamanı baş nazirin təyyarəsində olan ekipaj üzvlərindən biri yaralanıb və təcili tibbi yardım üçün xəstəxanaya çatdırılıb.
Yayıma görə, hadisədən sonra təyyarə yanacaq doldurmaq üçün qısa fasilə verib, daha sonra isə səfərinə davam edib.
Qeyd olunur ki, Baş nazir Albanese ABŞ prezidenti Donald Trampla görüşdən sonra Avstraliyaya qayıdış zamanı bu insidentlə üzləşib.
Bundan əlavə, Fox News telekanalı FTB direktoru Keş Patelə istinadən bildirib ki, oktyabrın 19-da Florida ştatının Palm Beach hava limanında Air Force One təyyarəsinin eniş yerinə baxan ov qülləsi aşkar edilib.
Telekanalın məlumatına görə, kamuflyajlı mövqe ABŞ prezidenti Donald Trampın oktyabrın 17-də yaxınlıqdakı Mar-a-Laqo iqamətgahına səfərindən az əvvəl müəyyən edilib.
// Gülnarə Abasova, Editor.az