AZ

AMB inflyasiya gözləntilərini açıqlayıb

Bakı. Trend:

Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxınhərəkət edir.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbərverir.

Bildirilib ki, 2025-ci ilin sentyabrında 12 aylıq inflyasiya5.7% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqolluiçkilər və tütün məmulatları üzrə 7.9%, ödənişli xidmətlər üzrə5.3%, qeyri-qida məhsulları üzrə isə 2.4% təşkil edib. İllik bazainflyasiya 4.9% olub.

Baza ssenarisinə əsasən, 2025-ci ilin sonuna və 2026-cı ildəillik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Beləki, baza ssenarisi üzrə oktyabr proqnozlarına görə illikinflyasiyanın 2025-ci ildə 6%, 2026-cı ildə isə 5.7% olacağıgözlənilir. İnflyasiya proqnozunun yuxarıya doğru dəyişdirilməsi,əsasən təklif amilləri ilə bağlıdır.

"Ötən iclasdan sonra inflyasiyanın risklər balansındanəzərəçarpan dəyişiklik baş verməyib. Qlobal ticarət mühitindəkiqeyri-sabitlik əmtəə və maliyyə bazarlarında dalğalanmaları davametdirir. Əsas xarici risk mənbəyi olan idxal qiymətlərinin daxiliinflyasiyaya təsiri ticarət tərəfdaşlarında inflyasiya proseslərivə nominal effektiv məzənnənin dinamikası ilə bağlıdır. Daxili riskfaktorları ilə bağlı qeyd olunmalıdır ki, yenilənmiş proqnozlarnövbəti dövrdə inflyasiyanın, əsasən, təklif – xərc amillərihesabına formalaşacağını göstərir. 2026-cı ilə dövlət büdcəsininilkin parametrləri və kredit qoyuluşlarının illik artımınınsəngiməsi məcmu tələbin izafi artımı riskini azaldır", - deyəməlumatda qeyd edilib.

Məqalədə:
Seçilən
18
15
az.trend.az

10Mənbələr