AZ

Taksi sürücüsünə qarşı basqın edən şəxsə cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Xəyal Soltanovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 6 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, Xəyal Soltanov özgənin əmlakını ələ keçirmək məqsədi ilə 30 mart 2025-ci il tarixdə, saat 06:49 radələrində mobil tətbiq vasitəsilə “Yango” taksi şirkətinə məxsus sifariş sistemi üzərindən taksi çağırıb. Sifariş əsasında ünvana gələn zərərçəkmiş Elvar Quliyev (adı, soyadı şərtidir) “Chevrolet Cobalt” markalı avtomobili idarə edərək təqsirləndirilən şəxsi sərnişin qismində maşına mindirib. Həmin gün, saat 06:58-də Xəyal taksi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində çatdıqda, zərərçəkmişə qarşı həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyərək basqın xarakterli hərəkətlər edib.


O, Elvarın əynindəki köynəyin cibində olan 165 manat, həmçinin avtomobilin salonundakı 5 manat məbləğində pulu ələ keçirərək, ümumilikdə 170 manat dəyərində maddi ziyan vurub və hadisə yerindən qaçaraq uzaqlaşıb.


Hadisədən sonra Xəyal Soltanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Kamal Məmmədov 

Tarix: 22 Oktyabr 2025, 09:47   
Seçilən
40
pravda.az

1Mənbələr