AZ

Pakistan ordusu Ərəb dənizində 1 milyard dollarlıq narkotik yükünü ələ keçirib

Hərbi gəmi beynəlxalq koalisiya əməliyyatı çərçivəsində iki yelkənlini saxlayıb...

Poliqon xəbər verir ki, Pakistan Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Ərəb dənizində aparılan beynəlxalq əməliyyat zamanı təxminən 1 milyard dollar dəyərində narkotik vasitə daşıyan iki yelkənli gəmini saxlayıb. Əməliyyat 29 ölkədən ibarət olan Birləşmiş Dəniz Qüvvələrinin (Combined Maritime Forces – ОВМС) tərkibində həyata keçirilib.

AFP Agentliyinin məlumatına görə, 48 saat davam edən əməliyyat nəticəsində “bir neçə ton metamfetamin və az miqdarda kokain” müsadirə olunub. Saxlanılan yelkənli gəmilərin “heç bir dövlətə məxsus olmadığı” müəyyən edilib.

Birləşmiş Dəniz Qüvvələrinin qərargahı Bəhreyndə yerləşir və koalisiyanın fəaliyyətinə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı rəhbərlik edir. Koalisiyanın əsas məqsədi regionda qanunsuz ticarətin, o cümlədən narkotik qaçaqmalçılığının qarşısını almaqdır.

Poliqon.info

Seçilən
91
poliqon.info

1Mənbələr