AZ

Səbinə Əliyevanın səlahiyyət müddəti başa çatır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyevanın səlahiyyət müddəti başa çatır.

 

Pravda.az xəbər verir ki, S.Əliyevanın səlahiyyət müddəti 2026-cı ilin noyabrında bitəcək. Bu tarixə bir neçə ay qalmış prosesə start verilir, namizəd kadrlar müəyyənləşir. Gələn il Ombudsman Aparatında köklü kadr dəyişikliyi gözlənilir.

 

Qeyd: Səbinə Əliyeva ölkə Prezidentinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən 29 noyabr 2019-cu il tarixdə Ombudsman seçilib. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanunun müvəkkilin səlahiyyət müddəti barədə 4-cü maddəsinin 1-ci bəndinə əsasən isə, müvəkkil 7 il müddətinə seçilir. 

 

Xatırlatma: S.Əliyeva 2020-ci ildə karantin rejimini pozaraq deputat həyat yoldaşı Siyavuş Novruzovla birgə Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdikləri üçün Daxili İşlər Nazirliyi tərəfindən 400 manat cərimə olunmuşdular.

 

Aytəkin Qardaşova

Tarix: 22 Oktyabr 2025, 09:26   
Seçilən
103
2
pravda.az

3Mənbələr