AZ

Peruda fövqəladə vəziyyət elan edilib

Prezident paytaxt Lima və Kalyao vilayətində sərt tədbirlər tətbiq edib...

Poliqon xəbər verir ki, Peru prezidenti Xose Xeri paytaxt Lima və ona bitişik Kalyao vilayətində fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu elan edib. Qərar 22 oktyabrdan qüvvəyə minəcək və 30 gün davam edəcək. Addımın məqsədi ölkədə artan cinayətkarlıqla mübarizə aparmaqdır.

Prezidentin sözlərinə görə, fövqəladə vəziyyət rejimi Nazirlər Kabineti tərəfindən təsdiqlənib və silahlı qüvvələrin polis orqanları ilə birgə fəaliyyətini nəzərdə tutur. Bu tədbirlər “ictimai asayişin qorunması” məqsədi daşıyır. Xose Xeri bildirib ki, yeni rejim “milyonlarla perulunun sülhünü, sakitliyini və inamını bərpa etməyə kömək edəcək”.

Peru hökuməti fövqəladə vəziyyətin tətbiq ediləcəyini artıq 17 oktyabrda açıqlamışdı. Həmin gün Konqres binası qarşısında keçirilən kütləvi etirazlar zamanı bir etirazçı güllələnmiş, 34 sakin və 80 polis əməkdaşı yaralanmışdı. Etirazlar əsasən hökumətin iqtisadi siyasətinə və korrupsiya ittihamlarına qarşı yönəlmişdi.

Poliqon.info

Seçilən
112
poliqon.info

1Mənbələr