AZ

Uçuş zamanı tromb yaranmasının qarşısını almağınyolları

Uzunmüddətli uçuşlar zamanı tromb yaranmasının qarşısını almaq üçün “yerimə” hərəkətlərini təqlid edən məşqlər faydalıdır. 

Redaktor.az xəbər evrir ki, bu barədə mütəxəssis Yelena Smirnova life.ru-ya müsahibəsində bildirib.

Həkimin sözlərinə görə, ayaqları uzatmağa imkan verən oturacaq seçimi və kifayət qədər su içmək də vacibdir.

Smirnova əlavə edib ki, bəzi sadə hərəkətləri oturaraq da yerinə yetirmək mümkündür. Məsələn, ayaq barmaqlarını özünə və özündən uzaq istiqamətdə tərpətmək, həmçinin dabanları dairəvi şəkildə - saat əqrəbi istiqamətində və əksinə fırlatmaq məsləhət görülür. Bu hərəkətləri təxminən beş dəqiqə etmək qan dövranını yaxşılaşdırır və tromb riskini azaldır.

Aytəkin TOFİQQIZI

Seçilən
73
1
redaktor.az

2Mənbələr