AZ

Slovakiya Aİ nin Rusiyaya qarşı sanksiyalarını bir şərtlə dəstəkləyəcək

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Slovakiya Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiyalar paketini yalnız Slovakiya iqtisadiyyatının təhlükəsizliyinə təminat verildiyi halda dəstəkləyə bilər.

Bizimyol.info xəbər verir ki, bu bəyanatla xarici işlər və Avropa işləri naziri Juraj Blanar çıxış edib.

O, Slovakiya hökumətinin xüsusilə milli maraqların və sənaye rəqabət qabiliyyətinin qorunması sahələrində əsas tələblər irəli sürdüyünü vurğulayıb. “Biz razılığa gəlmək məqsədi ilə bu təklifə məsuliyyətlə və konstruktiv yanaşırıq. Lakin biz bunu yalnız o halda dəstəkləyəcəyik ki, prioritetlərimiz nəzərə alınsın və görülən tədbirlərin Slovakiya iqtisadiyyatını təhdid etməməsinə təminat verilsin”, - deyə nazir Bratislavanın öz maraqlarını müdafiə edəcəyinə söz verib.

Maraqlıdır ki, Macarıstanın xarici işlər naziri Péter Szijyarto bundan əvvəl ölkəsinin Rusiyaya qarşı yeni sanksiyalar paketinə qarşı çıxmayacağını bəyan etmişdi, çünki o, məqsədinə nail olmuşdur.

Slovakiya və Macarıstan, bir qayda olaraq, Rusiyaya qarşı sanksiyalara və müəyyən tədbirlərə qarşıdırlar. Bundan əvvəl Aİ-nin xarici işlər və müdafiə üzrə ali nümayəndəsi Kaja Kallas bu həftə 19-cu paketin qəbul edildiyini açıqlamışdı.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
bizimyol.info

1Mənbələr