Fransanın paytaxtı Parisdəki məşhur Luvr Muzeyində oktyabrın 19-da baş vermiş oğurluqla bağlı istintaq davam edir.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris prokuroru Lore Bekko oğurlanan zinət əşyalarının dəyərini açıqlayıb.
Prokuror Bekko muzey kuratorunun oğrular tərəfindən aparılan əsərlərin dəyərini 88 milyon avro məbləğində qiymətləndirdiyini bildirib.
O, bu rəqəmin çox yüksək olduğunu, lakin maddi zərərin əsərlərin tarixi dəyəri ilə müqayisə edilə bilməyəcəyini deyib.
Qeyd edək ki, muzeyin Kral zinət əşyalarının sərgiləndiyi “Apollon Qalereyası” adlı hissəsindən qiymətsiz sayılan 9 əsər oğurlanıb.
Oğruların qaçarkən əllərindən düşdüyü güman edilən III Napoleonun həyat yoldaşı imperatriça Evgeniyaya məxsus tac isə daha sonra zədələnmiş halda muzeyin xaricindən tapılıb.
Tarixi əhəmiyyəti olan 8 zinət əşyası ilə qaçan 4 oğru bu əməliyyatı cəmi 7 dəqiqə ərzində həyata keçirib.
Hesablama Palatasının hazırladığı ilkin hesabatda muzeydə təhlükəsizlik standartlarına uyğun texniki avadanlıqların təmin edilməsində davamlı və əhəmiyyətli dərəcədə gecikmələrin baş verdiyi, bunun da təhlükəsizlik boşluqları yaratdığı müəyyən edib.
Teymur