Bakı. Trend:
Birləşmiş Hərbi Dəniz Qüvvələrinin (CNF) beynəlxalqkoalisiyasının tərkibində fəaliyyət göstərən Pakistan hərbi gəmisiƏrəb dənizində dəyəri 972 milyon dollardan çox olan narkotikvasitələri daşıyan iki yelkənli gəmini ələ keçirib.
Trend “AFP”yəistinadən xəbər verir ki, əməliyyat 48 saat ərzində həyatakeçirilib.
Gəmilərdən bir neçə ton metamfetamin və az miqdarda kokaingötürülüb. Məlum olub ki, tutulan gəmilərin heç bir dövlətəməxsusluğu müəyyən edilməyib.
Qeyd edək ki, Birləşmiş Dəniz Qüvvələri (JNF) qərargahıBəhreyndə yerləşən 29 ölkədən ibarət koalisiyadır və onunfəaliyyəti Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələri MərkəziKomandanlığı tərəfindən koordinasiya olunur.