Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.Bizim.Media xəbər verir ki, insident rayon mərkəzində, Avtovağzal ərazisində qeydə alınıb.Ovçubərə kənd sakini, 1980-ci il təvəllüdlü Rüfət Xudaşükür oğlu Mikayılov həmkəndlisi, 35 yaşlı Novruz Müstəcəb oğlu İmanov tərəfindən bıçaqlanıb.İki bıçaq yarası alan R.Mikayılov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.Cinayət əməlini törətməkdə şübhəli bilinən Novruz İmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Hadisə ilə bağlı araşdırma aparılır.Sabutay, Bizim.Media, Cənub bürosu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.