AZ

Sikorskinin Putini hədələməsi ağılsızlıqdır

Sikorskinin

Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla Budapeştdə mümkün görüşünə təhlükəsiz keçməsinə Varşavanın zəmanət verə bilməyəcəyi barədə bəyanatı məsuliyyətsizlikdir.

Reyting.az
xəbər verir ki, bu sözləri “Do Rzeczy” nəşrinin redaktoru Pavel Lisicki özünün YouTube kanalında deyib.

“Putinin Polşa üzərində uçacağına dair heç bir məlumat yoxdur. Ona görə də bu sual ciddi deyil. Bəs bizim xarici işlər nazirimiz niyə bu hədə-qorxu ilə çıxış edir? O, bu ağılsız cəfəngiyyatla nəyə nail olmağa ümid bəsləyir?”- deyə jurnalist hiddətlənib.

E. KAMAL
Seçilən
4
1
reyting.az

2Mənbələr