AZ

Paşinyan Tiflisdə velosiped sürdü - VİDEO

Gürcüstanda iki günlük səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Tiflisdə də öz ənənəsindən geri qalmayıb.

Musavat.com bildirir ki, səhər saatlarında Gürcüstan paytaxtında velosiped yürüşünə çıxan Paşinyan bu barədə paylaşım edib.

Baş nazir Tiflisi gürcü dilində salamlayıb, “Kamarcoba, Tbiliso!”- deyərək.

N.Paşinyanın paylaşımına müxtəlif reaksiyalar verilib. Bir sosial şəbəkə istifadəçisi isə “Cənab baş nazir, velosiped sürəndə, xingal yeyəndə gürcü həmkarınızdan soruşun ki, niyə bu günlərdə erməni yük maşınları cərimə olunub? Astroloji cərimə yazırlar, 5 min lari 2 min dollar edir”, yazıb.

Musavat.com

Seçilən
67
musavat.com

1Mənbələr