AZ

Luvr muzeyinə dəymiş zərər 88 milyon avrodur

Luvr

Bu yaxınlarda Luvr muzeyindən oğurlanmış tarixi və qiymətli əşyaların ümumi dəyəri 88 milyon avro təşkil edir.

Reyting.az
xəbər verir ki, bunu Paris prokuroru Lor Beko 21 oktyabrda "RTL" telekanalına açıqlamasında bildirib.

Prokurorun sözlərinə görə, bu cür böyük məbləğ çox təsirli olsa da, tarixilik baxımdan vurulan mənəvi zərərlə qətiyyən müqayisə oluna bilməz.

O, daha sonra əlavə edib ki, cinayətkarlar oğurlanmış bəzəkləri əritməklə, əslində, bu məbləğə yaxın böyük gəlir əldə edə bilməyəcəklər.

Bu hadisədə dörd nəfərin birbaşa iştirakı məlumdur, lakin digər şübhəlilərin də ola biləcəyi istisna edilmir.

Oğurluq 19 oktyabrda, muzeydə iş vaxtı baş verib. Luvra soxulan maskalı şəxslər Fransa imperatoru Napoleona və onun həyat yoldaşı Jozefinaya aid olan doqquz qiymətli eksponatı aparıblar.

Mütəxəssislər bu hadisəni kiçik, peşəkar bir qrupun törətdiyini ehtimal edir və oğurlanan əşyaların geri qaytarılmasının çətin olacağını bildirirlər.

Onu da qeyd edək ki, Luvr muzeyinin direktoru Lorans De Kar istefa ərizəsi versə də, Fransa prezidenti Emmanuel Makron onun istefasını qəbul etməyib.

Oqtay QORÇU
Seçilən
13
1
reyting.az

2Mənbələr