AZ

Böyük Britaniya Qəzza zolağına hərbi heyət göndərib

Bakı. Trend:

Böyük Britaniya Qəzza zolağında atəşkəsə nəzarət səylərinədəstək məqsədilə bölgəyə ali rütbəli zabit və az sayda əsgərgöndərib.

Trend-inməlumatına görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyiaçıqlama verib.

Məlumata görə, ABŞ-nin rəhbərlik etdiyi mülki-hərbisabitləşdirmə qüvvələrinin tərkibində ikiulduzlu britaniyalıgeneral ABŞ tərəfindən dəstəklənən Qəzza sabitləşdirmə missiyasınınkomandir müavini təyin olunub.

Müdafiə naziri Con Hili bildirib ki, az sayda britaniyalıplanlaşdırma zabiti Mülki-Hərbi Koordinasiya Mərkəzinə qoşulub.Nazir qeyd edib ki, bu addım Böyük Britaniyanın ABŞ-nin təşəbbüsüilə irəli sürülən münaqişədən sonrakı sülh planında fəal iştirakınıtəmin edəcək.

Müdafiə Nazirliyinin açıqlamasında vurğulanır ki, bu yerləşdirməABŞ, Misir və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlarçərçivəsində Qəzzadakı atəşkəsin sabitləşdirilməsi istiqamətindəbeynəlxalq səylərə dəstək məqsədi daşıyır.

Seçilən
88
az.trend.az

1Mənbələr