Fransanın sabiq prezidenti Nikola Sarkozi həbsin ilk günündə idmanla məşğul olub və kitab yazmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə onun vəkili Jan-Mişel Darrua BFMTV telekanalının efirində məlumat verib.
“Bu gün o, idmanla məşğul oldu, kitabını yazmağa başladı”, – deyə Darrua müştərisi ilə həbsxanadakı görüşdən sonra bildirib.
Vəkilin sözlərinə görə, Sarkozini həyat yoldaşı Karla Bruni də ziyarət edib. O qeyd edib ki, həbsin ilk günü həmişə çətin olur, lakin Fransanın sabiq prezidenti bu mərhələni geridə qoyub və mübarizəsini davam etdirəcək.
Oktyabrın 21-də Nikola Sarkozi Parisdəki həbsxanaya gətirilib. O, 2007-ci il seçki kampaniyasının Liviyanın vəsaiti ilə qanunsuz maliyyələşdirilməsi işi üzrə beş il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Həbsə girməzdən əvvəl verdiyi son açıqlamada siyasətçi bildirib: