AZ

Qəzzanın bərpası HƏMAS-sız olacaq- Kuşner

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ prezidenti Donald Trampın kürəkəni və Yaxın Şərq siyasətində əsas fiqurlardan biri olan Cared Kuşner bəyan edib ki, Qəzzada HƏMAS-ın nəzarətində olan bölgələrin bərpası üçün heç bir vəsait ayrılmayacaq.

TurkicWorld xəbər verir ki, Kuşner bu açıqlamanı ABŞ-ın vitse-prezidenti Cey Di Vansla birgə İsrailin Kiryat Gat şəhərində yerləşən Amerika–İsrail Qəzza atəşkəsi Koordinasiya Mərkəzində keçirilən mətbuat konfransında verib.

“HƏMAS-ın hələ də nəzarət etdiyi ərazilərə heç bir maliyyə yardımı göstərilməyəcək. Bərpa prosesi yalnız İsrail ordusunun nəzarətində olan zonalarda müzakirə olunur,” - deyə Kuşner bildirib.

O, həmçinin “yeni Qəzza” ideyasını irəli sürərək, burada yaşayan fələstinlilərə yaşamaq, işləmək və təhlükəsizlik içində gələcək qurmaq imkanı yaratmağı təklif edib.

“Biz Qəzzalılar üçün işləyə biləcəkləri, qazana biləcəkləri və təhlükəsiz şəkildə yaşaya biləcəkləri bir yer yaratmaq istəyirik.”-deyə o qeyd edib.

Times of Israel nəşrinin məlumatına görə, İsrail hazırda Qəzza zolağının yarısından bir qədər çox hissəsinə nəzarət edir.

Seçilən
90
turkic.world

1Mənbələr