AZ

PSJ səfərdə “Bayer”i darmadağın etdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün əsas mərhələsinin III turu çərçivəsində keçirilən “Bayer” – PSJ oyunu Fransa təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb.

90deqiqe.Az xəbər verir ki, Leverkuzendəki “BayArena” stadionunda baş tutan görüşdə PSJ 7:2 hesabı ilə qalib gəlib. 

Matçın 7-ci dəqiqəsində qonaqların müdafiəçisi Vilyam Paço hesabı açıb. 38-ci dəqiqədə “Bayer”in yarımmüdafiəçisi Aleks Qarsiya penaltidən fərqlənərək hesabı bərabərləşdirib. Cəmi 3 dəqiqə sonra PSJ-nin gənc futbolçusu Dezire Due komandasını önə keçirib. 44-cü dəqiqədə isə Xviça Kvaratsxeliya fərqi iki topa çatdırıb – 3:1.

Birinci hissəyə əlavə olunmuş vaxtda Dezire Due dublunu rəsmiləşdirib. 50-ci dəqiqədə Nunu Mendeş PSJ-nin beşinci qolunu vurub. 54-cü dəqiqədə Aleks Qarsiya “Bayer”in ikinci qoluna imza atsa da, 66-cı dəqiqədə Usman Dembelenin qolu fərqi yenidən dörd topa çatdırıb. Son nöqtəni isə 90-cı dəqiqədə Vitinya qoyub – 7:2.

Qeyd edək ki, oyunun ilk hissəsində hər iki komandanın oyunçuları – Robert Andrix (“Bayer”) və İlya Zabarniy (PSJ) qırmızı vərəqə ilə meydandan qovulublar.

Bu nəticədən sonra “Paris Sen-Jermen” 9 xalla Çempionlar Liqasının ümumi cədvəlinin ön sıralarında qərarlaşıb, “Bayer” isə 2 xalla pley-off zonası xaricində qalıb.

Seçilən
68
90deqiqe.az

1Mənbələr