Bakı. Trend:
Son bir ay ərzində Türkiyənin 50 vilayətində “Paralel Dövlət”(FETÖ) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 286 nəfərsaxlanılıb. Onlardan 154 nəfər barəsində məhkəmənin qərarı ilə həbsqətimkan tədbiri seçilib.
Trend-inməlumatına görə, bu barədə oktyabrın 21-də Türkiyənin daxili işlərnaziri Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşım edib.
Nazirin sözlərinə görə, əməliyyatlar Ankara, İstanbul və İzmirkimi böyük şəhərləri də əhatə edib. Həbs olunan şəxslər qadağanolunmuş təşkilatlarla əlaqədə olmaqda, cinayət şəbəkələrinimaliyyələşdirməkdə və FETÖ terrorçularının istifadə etdiyi “ByLock”adlı şifrəli mesajlaşma proqramından yararlanmaqda ittihamolunurlar.
Daxili İşlər Nazirliyi polisin antiterror bölmələrininəməkdaşlarına cinayətlə mübarizədə uğurlu fəaliyyətlərinə görətəşəkkürünü bildirib.
 
                        