1-ci Liqanın 6-cı turunda "Mingəçevir" "Zaqatala"nın qonağı olacaq. "İşıqçılar"ın yarımmüdafiəçisi Vüsal Əsgərovla əlaqə saxlayıb səfər oyunu barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Həftə boyu çox yaxşı məşq etmişik. Oyuna yüksək səviyyədə hazırlaşmışıq. Matçın çətin keçəcəyini bilirik. Rəqibin güclü və zəif cəhətlərini təhlil etmişik. Buna uyğun hazırlıq keçmişik. Zaqatalada qələbə qazanıb yüksək yerlər uğrunda mübarizə aparmağa çalışacağıq".
Qeyd edək ki, "Zaqatala" - "Mingəçevir" oyunu oktyabrın 23-də keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək.
Nihat