AZ

Nigeriyada yanacaq tankeri partlayışı nəticəsində azı 30 nəfər ölüb

Bakı. Trend:

Nigeriyanın qərbində yanacaq tankeri ilə bağlı baş verəninsident nəticəsində ən azı 30 nəfər həyatını itirib, daha 40 nəfərmüxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Trend-inməlumatına görə, bu barədə The Nation qəzeti xəbər yayıb. İlkinməlumatlara əsasən, Niger bölgəsinin Aqae–Bida magistral yolundayanacaq daşıyan tanker qəzaya uğrayıb. Yerli sakinlər tankerdəkiyanacağı oğurlamağa cəhd edərkən partlayış baş verib və ətrafayayılan maye alovlanıb.

Nigeriya Benzin və Qaz Tankerləri Sürücüləri Birliyinin sədriFaruk Məhəmməd Kavo hadisəni təsdiqləyib. Onun sözlərinə görə, ayınəvvəlindən Niger əyalətində təxminən 30 oxşar hadisə qeydəalınıb.

Seçilən
102
az.trend.az

1Mənbələr