AZ

Yerlə birlikdə firlanan yeni asteroid kəşf edildi

NASA və beynəlxalq astronomiya ictimaiyyəti 2025 PN7 adlı kiçik göy cisminin Ay kimi Yerlə birlikdə Günəş ətrafında fırlandığını təsdiqləyib. Metbuat.az xəbər verir ki, bu yeni "yarı-peykin" 2083-cü ilə qədər Yerlə birgə orbitdə qalacağı irəli sürülüb. Məlumata görə, 2025 PN7 diametri təxminən 18-36 metr, yaxud 6-12 mərtəbəli binanın hündürlüyündə olan kiçik asteroiddir. Asteroid ilk dəfə Havaydakı “Haleakala” rəsədxanasında Pan-STARRS teleskopu tərəfindən müşahidə edilib.

Alimlər hesab edirlər ki, bu obyekt 1960-cı illərdən bəri Yer ətrafında dövr edir. NASA 2025 PN7-nin Yer üçün heç bir təhlükə yaratmadığını və orbitinin sabit olduğunu açıqlayıb.

Seçilən
110
1
metbuat.az

2Mənbələr