“Real”ın baş məşqçisi Xabi Alonso UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Yuventus”la keçiriləcək oyun öncəsi braziliyalı hücumçusu Vinisius barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“Vinisius əla və komandamız üçün əvəzolunmaz oyunçudur. Onun oyundan zövq alması və gülümsəməsi məni çox sevindirir. Biz danışmışıq ki, o oyunun gedişatına necə təsir edə və nəticəni necə dəyişə bilər. Əsas odur ki, o konsentrasiya olunmuş olsun və ən yaxşı bacardığı işi etsin. Matçlarda o, həmişə özünü mükəmməl göstərir.”
Qeyd edək ki, matç oktyabrın 22-də Madridin “Santyago Bernabeu” stadionunda keçiriləcək.Cari mövsümdə Vinisius bütün turnirlər üzrə 11 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
 
                        