BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Qazaxıstan taxılı Azərbaycandan keçərək Ermənistana çatdırılacaq, bu isə ilk dəfədir.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Bunu Prezident İlham Əliyev Qazaxıstanda Prezident Kasım-Jomart Tokayevlə görüşündən sonra bildirib.
"Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınmasıdır. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, praktikada da mövcud olduğunun yaxşı göstəricisidir", - İlham Əliyev deyib.
Ermənistan tərəfi Əliyevin bu qərarını alqışlayıb.
Ermənistanın Baş nazirinin müavini Mher Griqoryan və Nikol Paşinyanın sözçüsü Nazeli Bağdasaryan bunu mühüm hesab ediblər, Armenpress yazıb.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib ki, "Yaxın zamanda Qazaxıstan buğdasının ilk partiyası Aktau–Bakı marşrutu ilə Azərbaycan və Gürcüstan dəmir yolları vasitəsilə Ermənistana daxil olacaq".
Mətbuat konfransında İlham Əliyev onu da bildirib ki, Ermənistandan keçəcək Tramp marşrutu da 2028-ci ilə qədər açıla bilər.
Ermənistanda bu marşrutu "Sünik qapısı", Azərbaycanda isə Zəngəzur dəhlizi adlandırırlar, ancaq bu ilin avqustundan layihənin beynəlxalq adı "Tramp marşrutu" seçilib.
Birinci Qarabağ müharibəsi başlayandan 2020-ci ilə kimi Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etmişdi.
Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır. Bu isə Ermənistana regional transit əlaqələrinə məhdudiyyətlər yaradıb.
Video açılmırsa, YouTube-da izləyin.