24 dəfə “Böyük Dəbilqə” qalibi və dünya reytinqində beşinci sırada qərarlaşan serbiyalı tennisçi Novak Cokoviç Parisdə (Fransa) oktyabrın 27-dən noyabrın 2-dək keçiriləcək “Masters” turnirindən iştirak etməyəcək.
90deqiqe.Az xəbər verir ki, onun yerinə əsas mərhələdə dünya reytinqində 54-cü sırada qərarlaşan fransalı tennisçi Benjamin Bonzi çıxacaq.
Cokoviç karyerası ərzində Paris “Masters”ını 7 dəfə qazanıb, sonuncu qələbəsini 2023-cü ildə əldə edib.
Qeyd edək ki, Cokoviç artıq 2025-ci il ATP Nəticə Turnirinə vəsiqə qazanıb, lakin iştirakını hələ rəsmi təsdiqləməyib.
Cari Paris “Masters”ının çempionu alman tennisçi Aleksandr Zverevdir. Ötən il finalda o, fransalı Uqo Umberi 6:2, 6:2 hesabı ilə məğlub etmişdi.