İdmançımız dünya çempionu oldu
                    
                         
Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb. 
aia.az xəbər verir ki, 63 kiloqramda çıxış edən idmançı finalda moldovalı Vitali Yeryomenkoya 6:3 hesabı ilə qalib gələrək dünya çempionu tituluna yiyələnib. 
Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq. 
 
 
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
