Binanın komendantı yıxılaraq vəfat edib.
Xezerxeber.az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində, Mərdanov qardaşları və Şamil Əzizbəyov küçələrinin kəsişməsindəki 14 mərtəbəli yaşayış binasında baş verib. İlkin məlumata görə, burada komendant işləyən 66 yaşlı Xeyrulla Kişiyev təmir işləri gedən birinci mərtəbədə olub.
O, ehtiyatsızlıq nəticəsində balansı itirib və birinci mərtəbədən birbaşa binanın zirzəmisinə, yəni parkinq zonasına yıxılıb. Ağır xəsarətlər alan kişi hadisə yerindəcə vəfat edib.
Binanın idarəçiliyini həyata keçirən MTK-nın nümayəndəsi kameralar qarşısına keçmək istəməsə də, şifahi şəkildə bildirib ki, mərhumun meyitini ilk olaraq sakinlərdən biri parkinq zonasında görüb. O, dərhal xəbər versə də, amma artıq gec olub və komendant hadisə yerindəcə dünyasını dəyişib.
Vəfat edən şəxsin meyiti aidiyyəti üzrə ekspertizaya göndərilib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.