AZ

"Mbappe hazırda əla formadadır"

“Real”ın baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Yuventus”la keçiriləcək oyundan öncə komandasının fransız hücumçusu Kilian Mbappe barədə danışıb. 

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Məsələ yalnız qol vurmada deyil, həm topla, həm də topsuz oyuna təsirdir. O, komandaya çox sayda qol vurmağa kömək edir. Onun verdiyi töhfə komandaya lazım olan şeydir. Kilian indi əla formada oynayır. O, çox analitik düşünür və hər şeyi məqsədli şəkildə edir, meydanda baş verənləri yaxşı başa düşür. Mənəvi cəhətdən də vəziyyəti yaxşıdır, buna görə də bu qədər yaxşı çıxış edir.”

Qeyd edək ki, matç oktyabrın 22-də Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.Bu mövsümdə Mbappe bütün turnirlər üzrə 11 oyuna çıxaraq 15 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
86
90deqiqe.az

1Mənbələr