AZ

"Napoli"nin 180 azarkeşi Niderlanddan qovuldu

style='margin-bottom:10px;'>

Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun PSV - "Napoli" görüşü öncəsi İtaliya klubunun 180 azarkeşi polis tərəfindən saxlanılıb.

QOL.az xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb.

"Napoli" azarkeşləri Niderlandın Eyndhoven şəhərinin mərkəzində təhlükəsizlik qaydalarını pozublar. Belə ki, bir qrup italyan azarkeş şəhərin mərkəzini tərk etmək əmrinə məhəl qoymayıb. Nəticədə onlar saxlanılıblar və avtobusla polis bölməsinə aparılıblar. Orada məlum olub ki, onlardan bəzilərinin həmin axşam keçiriləcək oyun üçün bileti belə yoxdur.

Sözügedən azarkeşlər Niderlanddan qovulublar.

Qeyd edək ki, PSV - "Napoli" matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Seçilən
96
1
teleqraf.com

2Mənbələr