AZ

Ukraynanın xüsusi əməliyyatı: rus təyyarələri məhv edildi

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları müvəqqəti işğal olunmuş ərazilərdə növbəti uğurlu əməliyyat həyata keçirib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Xüsusi Əməliyyatlar Mərkəzinin döyüşçüləri Ukraynanın uzaqmənzilli dronlarını ələ keçirməyə çalışan iki rus yüngülmühərrikli təyyarəni vuraraq məhv ediblər.

“Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyatlar Mərkəzinin xüsusi təyinatlıları növbəti dəfə müvəqqəti işğal olunmuş ərazilərdə düşmən hədəflərini uğurla məhv ediblər”, — qurumdan bildirilib.

Lalə, Bakupost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
www.bakupost.az

1Mənbələr