Amerikalı aktyor Joe Manganiello, bir müddətdir münasibətdə olduğu aktrisa Caitlin O’Connor ilə nişanlanıb.
Sherg.az xəbər verir ki, Manganiello, “True Blood” və “Magic Mike” kimi filmlərlə tanınır. O, xəbəri sosial mediada paylaşdığı foto ilə açıqlayıb. Paylaşımda O’Connor nişan üzüyünü nümayiş etdirib, aktyor isə yazıya üzük emojisi və 24 iyun 2025 tarixini əlavə edib.
Manganiello, Sofia Verqara ilə olan səkkiz illik evliliyini 2024-cü ildə rəsmən bitirmişdi.
Bu, Caitlin O’Connor üçün ilk, Joe Manganiello üçün isə ikinci evlilik olacaq. Cütlüyün toy tarixini hələlik açıqlamayıb.