ain.az, Oxu.az saytına istinadən bildirir.
Oktyabrın 21-22-də İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçiriləcək.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Siyasətinin Tədqiqi Mərkəzi məlumat yayıb.
"Müzakirələr zamanı digər məsələlərlə yanaşı, avqustun 8-də Vaşinqtonda keçirilən görüşün yekunları üzrə müəyyən edilmiş sülh gündəmi, iki cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üzrə tədbirlər, Cənubi Qafqazda davamlı iqtisadi əməkdaşlığa aparan mümkün yollar, iki ölkədə vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq", - məlumatda deyilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.