Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəriiki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinindaha da möhkəmlənməsi baxımından mühüm hadisədir.
Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.
Politoloq bildirib ki, Astana hava limanında rəsmi və yüksəksəviyyəli qarşılanma mərasimi Azərbaycan ilə Qazaxıstan arasındaqarşılıqlı hörmətin və etimadın bariz göstəricisidir. Bu səfəriqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığıngenişləndirilməsinə təkan verəcək.
"Prezident İlham Əliyev isə çıxışında Qazaxıstanla əlaqələrinçoxşaxəli və qarşılıqlı faydalı xarakter daşıdığını qeyd etdi. O,siyasi, iqtisadi, humanitar və enerji sahələrində əməkdaşlığınyüksələn xətt üzrə inkişaf etdiyini vurğuladı. Dövlət başçısıxüsusilə nəqliyyat-logistika əməkdaşlığını, o cümlədən Orta Dəhlizvə Zəngəzur dəhlizi layihələrinin əhəmiyyətini qeyd etdi. Butəşəbbüslər təkcə Azərbaycan və Qazaxıstan üçün deyil, bütövlükdəAvrasiya regionu üçün strateji əhəmiyyət daşıyır. Prezident İlhamƏliyev həmçinin Birgə İnvestisiya Fondunun fəaliyyətindən, artanticarət dövriyyəsindən və birgə iqtisadi layihələrdən danışdı. O,Qazaxıstanın Qarabağın bərpasına verdiyi mənəvi və praktiki dəstəyəgörə təşəkkür etdi, Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzinin dostluqsimvolu kimi əhəmiyyətini vurğuladı. Bu, iki ölkənin humanitarsahədə əlaqələrinin də strateji xarakter aldığını göstərir."
Bundan başqa, İlham Əliyev enerji sektorunda – həm ənənəvi, həmdə bərpaolunan enerji sahəsində – əməkdaşlığın perspektivlərindəndanışaraq, Xəzərin dibi ilə elektrik kabeli layihəsini gələcəkregional inteqrasiyanın mühüm mərhələsi kimi qiymətləndirdi."
A.Qarayev qeyd edib ki, Ali Dövlətlərarası Şuranın ikinci iclasıAzərbaycan və Qazaxıstan arasında tam miqyaslı stratejimüttəfiqliyin dərinləşməsinə xidmət edən platforma rolunuoynadı.
Burada yalnız siyasi münasibətlər deyil, həm də iqtisadi,mədəni, humanitar və enerji sahələrində konkret layihələr müzakirəolundu. Hər iki liderin çıxışları göstərdi ki, Bakı və Astanabir-birini regional sabitlik və inkişafın əsas tərəfdaşı kimigörür. Bundan əlavə, tərəflər Türk Dövlətləri Təşkilatıçərçivəsində əməkdaşlığın gücləndirilməsinə, türk dünyasınıniqtisadi və mədəni inteqrasiyasının sürətləndirilməsinə xüsusi önəmverdilər."
A.Qarayev bildirib ki, Astanada Azərbaycan Prezidenti İlhamƏliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı iləkeçirilən Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinciiclası iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin ənyüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqlədi.
"Bu görüş təkcə iki dövlətin qarşılıqlı əlaqələrinindərinləşməsi baxımından deyil, həm də türk dünyasında inteqrasiyaproseslərinin möhkəmlənməsi kontekstində mühüm siyasi və tarixiəhəmiyyət kəsb edir. Astanada keçirilən bu görüş, mahiyyətcə,Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni inkişaf mərhələsinəkeçidini simvolizə edir. Hər iki liderin çıxışlarında səslənənfikirlər göstərir ki, iki ölkə arasında əməkdaşlıq artıq təkcəikitərəfli deyil, regional və beynəlxalq miqyasda strateji xarakterdaşıyır. Bu iclas həm dostluq və etimadın, həm də birgə gələcəyəyönəlmiş siyasi iradənin bariz təzahürü kimi tarixə düşdü."