AZ

Budapeştdə planlaşdırılan Tramp-Putin görüşünün hazırlıqları DAYANDIRILDI

Tramp-Putin görüşünə hazırlıq dayandırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə NBC News-un Ağ Ev müxbiri Qarret Haake yüksək vəzifəli ABŞ rəsmisinə istinadən bildirib.

O deyib ki, Budapeştdə keçirilməsi planlaşdırılan Tramp–Putin görüşünün hazırlıqları müvəqqəti olaraq dayandırılıb.

Məlumata görə, ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında ilk telefon danışığı “müsbət və məhsuldar” keçsə də, ABŞ prezidenti hesab edir ki, tərəflər hələ danışıqlara tam hazır deyil.

Bu səbəbdən sammitin təşkili ilə bağlı prosesin dayandırıldığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
0
interpress.az

1Mənbələr