AZ

Səudiyyə vəliəhdi 7 ildən sonra bunu edəcək

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və ABŞ prezidenti Donald Tramp noyabr ayında Vaşinqtonda müxtəlif sahələrdə bir neçə mühüm saziş imzalayacaqlar.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg mənbələrə istinadən yayıb.

Bildirilir ki, vəliəhd və prezident noyabrın 18-də Ağ Evdə görüşməyi, süni intellekt, müdafiə, nüvə əməkdaşlığı və ticarətlə bağlı sazişlər imzalamağı planlaşdırırlar.

Mənbələrə görə, dövlət rəhbərlərinin digər məsələlərlə yanaşı, Səudiyyə Ərəbistanının İsraillə münasibətlərinin normallaşdırılmasını müzakirə edəcəkləri də gözlənilir.

Qeyd edək ki, Tramp 2025-ci ilin mayında Səudiyyə Ərəbistanına səfər edib. Səfər çərçivəsində ABŞ Ər-Riyadla 142 milyard dollarlıq silah müqaviləsi imzalayıb.

Bu səfər Səudiyyə vəliəhdinin son 7 ildə ABŞ-yə ilk səfəri olacaq.

Musavat.com

Seçilən
110
musavat.com

1Mənbələr