AZ

Rusiyaya qarşı sanksiyalar bu halda ləğv ediləcək: Stubb iki variant təklif etdi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, atəşkəs və rus qoşunlarının Ukrayna ərazisindən çıxarılması fonunda Moskvaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvi mümkündür.

Globalibfo.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Finlandiya liderinin fikrincə, onun təklif etdiyi “iki mərhələli” plan özündə atəşkəsi və etimadın möhkəmləndirilməsini ehtiva edir.

Stubb hesab edir ki, bundan sonra daha mürəkkəb mövzuların, o cümlədən ərazi məsələlərinin və qoşunların çıxarılmasının müzakirəsinə keçmək mümkün olacaq.

“Biz Rusiyaya təzyiq göstərməyə davam etməliyik. Amma atəşkəslə başlasaq və sonra sanksiyaların tədricən ləğvi finunda qoşunların çıxarılmasına çalışsaq, bu, real ola bilər. Bununla belə, Avropa sanksiyaları bir gecədə ləğv etməyəcək”, – o vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
globalinfo.az

1Mənbələr