AZ

Avropa Ukraynada cəbhə xəttinin dayandırılması çağırışlarını dəstəkləyib

Avropa liderləri və Aİ rəsmiləri ABŞ prezidenti Donald Trampın Ukraynada hərbi əməliyyatları dayandırmaq, hazırkı təmas xəttini saxlamaq və ərazi məsələlərində sonradan razılıq əldə etmək təklifini dəstəkləyiblər.

Busaat.az xəbər verir ki,  bu barədə Avropa Komissiyası, Avropa Şurası, Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, Polşa, Norveç, Finlandiya və Fransa liderləri, həmçinin Volodimir Zelenski və Finlandiya Prezidentinin Ofisinin yaydığı birgə bəyanatda deyilir.

“Biz prezident Trampın Ukraynada hərbi əməliyyatların dərhal dayandırılması və hazırkı təmas xəttinin danışıqların başlanğıc nöqtəsinə çevrilməsi ilə bağlı mövqeyini qətiyyətlə dəstəkləyirik”, – sənəddə deyilir.

Tramp bundan əvvəl “Fox News” telekanalına müsahibəsində bildirmişdi ki, Ukraynadakı münaqişəyə son qoyulması Kiyev üçün ərazi itkisi demək olacaq.

Yeganə

 

Seçilən
16
busaat.az

1Mənbələr