AZ

Tramp HƏMAS-ı təhdid etdi

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp HƏMAS təşkilatını təhdid edib. Tramp bəyan edib ki, Vaşinqtonun Yaxın Şərqdəki bir sıra müttəfiqləri HƏMAS təşkilatının sülh razılaşmasının şərtlərini pozacağı təqdirdə Qəzza sektoruna "böyük qüvvələr yeritməyə" hazır olduqlarını bildiriblər.

Tramp özünün "Truth Social" şəbəkəsində yazıb: "Yaxın Şərqdəki və qonşu bölgələrdəki böyük müttəfiqlərimizin çoxu şəxsən mənə böyük həvəslə bildirdilər ki, HƏMAS  bizimlə razılaşmaları pozaraq pis davranmağa davam edərsə, mənim xahişimlə Qəzzaya böyük qüvvələrlə daxil olmağa və  “HƏMAS ilə məşğul olmağa” hazırdırlar”.

Amerika lideri qeyd edib ki, hələlik o, bu ölkələri “tələsməməyə” və HƏMAS-ın razılaşmanı yerinə yetirəcəyinə ümid bəsləməyə çağırıb, hərəkata “düzgün davranmaq” şansı verib. Tramp yazıb: "Əgər onlar düzgün seçim etməsələr, HƏMAS-ın sonu tez gələcək, şiddətli və amansız olacaq".

Hürr Tərcüman

Seçilən
25
1
hurriyyet.az

2Mənbələr