Rusiya ordusu Ukraynanın Çerniqov vilayətinin Novqorod-Şervenski şəhərinə "Şahed" dronları ilə zərbə endirib.
APA-nın xəbərinə görə, vilayətin rəhbəri Vyacheslav Çaus “Telegram”da bildirib ki, hücum nəticəsində 4 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.
Onun sözlərinə görə, həlak olanlar və yaralananlarln hamısı mülki şəxslərdir, xəsarət alanlardan biri 10 yaşlı qızdır.