AZ

“Budapeştdə planlaşdırılan sammitə intensiv hazırlıq lazımdır” – Peskov

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan sammitin tarixini açıqlamadıqlarını ifadə edərək bildirib ki, zirvə üçün intensiv hazırlıqlar görülməlidir.

Busaat.az xəbər verir ki, Peskov Moskvada müxtəlif aktual mövzularda jurnalistlərin suallarını cavablandırıb.

Avropa ölkələrinin Rusiya ilə birbaşa hərbi münaqişəyə hazırlığını tənqid edən Peskov qeyd edib:

“Avropalılar sülhü dəstəkləmir və onun qurulmasına töhfə vermirlər. Əksinə, Kiyev rejimini hər cür şəkildə müharibəni davam etdirməyə təşviq edirlər.

Zirvə üçün intensiv hazırlıq lazımdır. Həm tərəfimizdən, həm də ABŞ-dan verilən açıqlamalarda zirvənin tarixi artıq qeyd olunmayıb”,-Peskov bildirib.

Peskov vurğulayıb ki, ona görə də qeyri-müəyyən tarixi olan sammitin təxirə salınması mümkün deyil.

Avropa liderlərinin Budapeşt sammitində iştirakını şərh etmək üçün hələ tez olduğunu qeyd edən Peskov sammitin təfərrüatlarının hələ tam dəqiqləşmədiyini bildirib.

Yeganə

 

Seçilən
92
busaat.az

1Mənbələr