Ermənistanın Suriyadakı səfiri Ruben Xarazyan etimadnaməsini bu ölkənin keçid dövrü Prezidenti Əhməd əş-Şaraaya təqdim edib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Səfir əməkdaşlığın inkişafında əhəmiyyətli potensialın olduğunu bildirib.
Qeyd olunub ki, səfir təxminən bir il əvvəl təyin edilib.